
Almaniya Kansleri Fridrix Merts İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı tətbiq etdiyi gücü həddən artıq adlandırıb və qınayıb.
O, bu barədə Hindistana səfəri zamanı bildirib.
“İran rəhbərliyini öz xalqını hədələmək əvəzinə qorumağa çağırıram. Tehrandakı rəhbərliyin öz xalqına yönəltdiyi zorakılığı ən güclü şəkildə qınayırıq”, - Merts vurğulayıb.
Kansler əlavə edib ki, bu zorakılıq güclülüyün deyil, zəifliyin göstəricisidir: “Bu zorakılıq sona çatmalıdır”.