AZ

Almaniya Kansleri İranda etirazçılara qarşı zorakılığı qınayıb

Almaniya Kansleri Fridrix Merts İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı tətbiq etdiyi gücü həddən artıq adlandırıb və qınayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, o, bu barədə Hindistana səfəri zamanı bildirib.

“İran rəhbərliyini öz xalqını hədələmək əvəzinə qorumağa çağırıram. Tehrandakı rəhbərliyin öz xalqına yönəltdiyi zorakılığı ən güclü şəkildə qınayırıq”, - Merts vurğulayıb.

Kansler əlavə edib ki, bu zorakılıq güclülüyün deyil, zəifliyin göstəricisidir: “Bu zorakılıq sona çatmalıdır”.

"Cebheinfo.az"

Seçilən
40
7
cebheinfo.az

8Mənbələr