ain.az bildirir, Cebheinfo portalına istinadən.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,5 milyon ABŞ dolları dəyərində 7 min 753 ton bibər idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 6 min 980 ton (-4 %), Türkiyədən 566 min ABŞ dolları dəyərində (+14 %) 771 ton (+9 %), Niderlanddan 2,1 min ABŞ dolları dəyərində (-24 %) 2,4 ton (-32 %), Tailanddan 1,9 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb), Argentinadan 0,4 min ABŞ dolları dəyərində 0,02 ton məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Argentinadan tədarük həyata keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.