AZ

Bu ölkələrdən bibər tədarükünə BAŞLANILDI

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,5 milyon ABŞ dolları dəyərində 7 min 753 ton bibər idxal edib.Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2%, kəmiyyət olaraq – 3 % azdır.

 

Hesabat dövründə Azərbaycan İrandan 4,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 6 min 980 ton (-4%), Türkiyədən 566 min ABŞ dolları dəyərində (+14 %) 771 ton (+9 %), Niderlanddan 2,1 min ABŞ dolları dəyərində (-24 %) 2,4 ton (-32 %), Tailanddan 1,9 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb), Argentinadan 0,4 min ABŞ dolları dəyərində 0,02 ton məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Argentinadan tədarük həyata keçirilib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
6
bizim.media

7Mənbələr