Bəs bu necə tənzimlənir?
Milli.Az xəbər verir ki, işçilərin məzuniyyətə çıxmaması Konstitusiyada əks olunmuş istirahət hüququnun pozulması deməkdir. Eyni zamanda əməyin mühafizəsi qaydalarına ziddir.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Namiq Ağayev bildirib ki, hazırda işçinin məzuniyyətə çıxmayıb kompensasiya istəməsi mümkündür:
"Müvafiq iş yerində istənilən səbəbdən işçi tərəfindən əmək məzuniyyətindən istifadə edilmədikdə həmin iş yerinə görə işə götürən tərəfindən müvafiq qaydada kompensasiya ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsi və kompensasiyanın ödənilməməsi görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə edilə bilərlər".