AZ

Məzuniyyətə görə pul

Yazını böyüt
Yazını kiçilt

İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin əsas şərtlərindən biri işçinin məzuniyyət hüququdur. Belə ki, rəsmi əmək müqaviləsi ilə işləyən hər kəsə 21 gündən az olmayaraq ödənişli məzuniyyət verilir. Bəzən isə işçilər məzuniyyət götürmək istəmir, əvəzində kompensasiya istəyirlər. Bəs bu necə tənzimlənir?

Hafta.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Namiq Ağayev məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda işçinin məzuniyyətə çıxmayıb kompensasiya istəməsi mümkündür. Onun sözlərinə görə, müvafiq iş yerində istənilən səbəbdən işçi tərəfindən əmək məzuniyyətindən istifadə edilmədikdə, həmin iş yerinə görə işə götürən tərəfindən müvafiq qaydada kompensasiya ödənilməlidir.

"Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsi və kompensasiyanın ödənilməməsi görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə edilə bilərlər", - N.Ağayev qeyd edib.

Qeyd edək ki, işçilərin məzuniyyətə çıxmaması Konstitusiyada əks olunmuş istirahət hüququnun pozulması deməkdir. Eyni zamanda əməyin mühafizəsi qaydalarına ziddir.

Seçilən
64
34
hafta.az

10Mənbələr