ain.az bildirir, Fanat portalına istinadən.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov braziliyalı müdafiəçi Cefferson Bentunun vətənindən qayıtmamasına münasibət bidirib.
Gəncə təmsilçisinin çalışdırıcısı Fanat.Az-a açıqlamasında belə deyib:
"Ceffersonun niyə qayıtmadığının səbəbi bilinmir. O, nə mənə bir söz deyib, nə rəhbərliyə, nə də komanda yoldaşlarına. Bizdə icarədə idi. Təbii ki, bu hərəkətinə görə FİFA tərəfindən cəzalandırılacaq. Yəqib ki, qayıtmamaq qərarını verərkən bunu da göz önünə alıb".
Bağırov "Sabah"ın futbolçusu Camal Cəfərovu istədiyini də təsdiqləyib: "Bəli, Camalın komandaya qoşulması mümkündür. Lakin keçidin baş tutub-tutmayacağı hələ dəqiqləşməyib".
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.