“Kəpəz”in baş məşqçisi Azər Bağırov braziliyalı müdafiəçi Cefferson Bentunun vətənindən qayıtmamasına münasibət bidirib.
O qeyd edib ki, Ceffersonun niyə qayıtmadığının səbəbi bilinmir.
“O, nə mənə bir söz deyib, nə rəhbərliyə, nə də komanda yoldaşlarına. Bizdə icarədə idi. Təbii ki, bu hərəkətinə görə FIFA tərəfindən cəzalandırılacaq. Yəqib ki, qayıtmamaq qərarını verərkən bunu da göz önünə alıb”, - deyə Gəncə təmsilçisinin çalışdırıcısı fanat.az-a açıqlamasında deyib.
A.Bağırov “Sabah”ın futbolçusu Camal Cəfərovu istədiyini də təsdiqləyib:
“Bəli, Camalın komandaya qoşulması mümkündür. Lakin keçidin baş tutub-tutmayacağı hələ dəqiqləşməyib”.