BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, 552 milyon 22 min 55 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 50 milyon 967 min 81 dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 782 milyon 187 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 9 milyard 408 milyon 630 min dollar məbləğində tekstil ixrac edib.