AZ

Sabah 4 700 abonent qazsız qalacaq

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq...

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.

Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Poliqon.info

Seçilən
79
21
poliqon.info

10Mənbələr