AZ

Sabah buərazidə qaz olmayacaq

Bu barədə  Ajans.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.

Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Seçilən
79
21
Ajans.az

10Mənbələr