AZ

ABŞ-nin İrana müdaxilə ehtimalı İsraili həyəcan vəziyyətinə gətirib

İsrailli mənbələrin bildirdiyinə görə, İranda hakimiyyət orqanları hazırda hökumət əleyhinə etirazlarla üzləşir. Bu şəraitdə ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyat ehtimalı fonunda İsrail yüksək səviyyədə həyəcan vəziyyətinə keçib.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp son günlər ərzində bir neçə dəfə İranı müdaxilə etməklə hədələyib və Tehran hakimiyyətini etirazçılara qarşı güc tətbiq etməmələri barədə xəbərdar edib.

Hətta yanvarın 11-də D.Tramp ABŞ-ın “köməyə hazır” olduğunu bəyan edib.

Həftəsonu keçirilən İsrail təhlükəsizlik məsləhətləşmələrində iştirak edən mənbələr İsrailin yüksək həyəcan vəziyyətinin praktikada nə ifadə etdiyi barədə ətraflı məlumat verməyiblər.

Xatırladaq ki, İsrail və İran 2025-ci ilin iyun ayının ortalarında 12 gün davam edən müharibə yaşamışdı. Həmin toqquşmalar zamanı ABŞ İsrailə qoşularaq hava zərbələri endirmişdi.

İrandakı vəziyyətlə bağlı yanvarın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Danışıqlarda iştirak edən israilli mənbənin sözlərinə görə, B.Netanyahu və M.Rubio İranda ABŞ-nin mümkün müdaxiləsi ehtimalını müzakirə ediblər.

Həmçinin bildirilir ki, yanvarın 10-da “The Economist” jurnalına verdiyi müsahibədə B.Netanyahu bildirib ki, İran İsrailə hücum edərsə, bunun nəticələri dəhşətli olacaq.

Seçilən
70
39
veteninfo.az

10Mənbələr