AZ

"Sumqayıt" Serbiya təmsilçisinə böyük hesabla uduzdu

style='margin-bottom:10px;'>

“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

"Sumqayıt" hazırda Misli Premyer Liqasında 27 xalla 5-cidir. "OFK Belqrad" isə Serbiya Superliqasında 25 xalla 9-cudur.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha 1 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 16-da Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək.

Seçilən
49
5
teleqraf.com

9Mənbələr