AXCP üzvü Fuad Qəhrəmanlı Ramiz Mehdiyev işi ilə bağlı DTX-yə dəvət edilib.
Publika.az xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özü məlumat yayıb.
“Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyev işi ilə bağlı ifadə almaq üçün məni idarəyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefon vasitəsilə ilə cavablandırmağa hazıram”, - o bildirib.