AZ

Əli Kərimlinin müavini istintaqa çağırıldı Ramiz Mehdiyevlə bağlı

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.

Mia.az xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb.

O, paylaşımında yazıb: “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
19
mia.az

10Mənbələr