AZ

Araqçı İranda internetin kəsilməsinin səbəbini açıqladı: Görün kimlərə işarə etdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranda internetin məhdudlaşdırılması xaricdən verilən göstərişlər əsasında terror xarakterli əməliyyatların başlaması ilə əlaqədar olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.

Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, polis tərəfindən gözyaşardıcı qazdan və hava silahlarından istifadə edilib.

Ən böyük nümayişlər Tehranda keçirilib, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb. Yanvarın 8-də İran hakimiyyəti ölkə üzrə internet bağlantısını dayandırıb, bəzi ərazilərdə isə telefon rabitəsi də məhdudlaşdırılıb.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
globalinfo.az

2Mənbələr