Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində danışıb.
Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyasından sonra başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, polis tərəfindən gözyaşardıcı qazdan və hava silahlarından istifadə edilib.
Ən böyük nümayişlər Tehranda keçirilib, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində - Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb. Yanvarın 8-də İran hakimiyyəti ölkə üzrə internet bağlantısını dayandırıb, bəzi ərazilərdə isə telefon rabitəsi də məhdudlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31