İranda ilk dəfə olaraq "Starlink"in siqnalı kütləvi şəkildə kəsilib və trafikin təxminən 80%-i bloklanıb.
Redaktor.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
İlkin məlumatlara görə, İran xüsusi xidmət orqanları siqnalı boğmaq üçün yeni radioelektron mübarizə vasitələrindən istifadə ediblər. "Starlink" mobil rabitənin və stasionar internetin kəsildiyi vaxtlarda etirazçılar üçün "B planı" olaraq qalırdı.
Eyni zamanda, İran hökuməti İlon Maskdan "Starlink"i ölkədə rəsmi qeydiyyatdan keçirməyi və fəaliyyət üçün lisenziya almağı tələb edir. Əks halda, hökumət cinayət məsuliyyəti tətbiq edəcəyi və xidməti milli səviyyədə tamamilə bloklayacağı ilə hədələyir.