İran kəşfiyyat orqanları sərhədyanı ərazidə "Starlink" peyk rabitə avadanlıqlarının böyük partiyasının ələ keçirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmi qurumların iddiasına görə, bu avadanlıqlar İranda “kəşfiyyat və təxribat fəaliyyəti” aparmaq məqsədi daşıyıb.
Məlumata görə, İran hökumətinin İlon Maska məxsus "Starlink" sisteminin siqnallarını bloklamaq cəhdlərinə baxmayaraq, bəzi İran vətəndaşları internetə çıxış üçün bu peyk rabitəsindən istifadə edir. Qeyd olunub ki, "Starlink"in İranda istifadəsi rəsmi şəkildə qadağandır.