Soyuq havaların başlaması ilə immunitet sistemini gücləndirən ən yaxşı qida hesab olunan C vitamini simvolu hesab edilən portağallarla bağlı təəccüblü bir fakt ortaya çıxıb.
Hafta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, C vitamini deyildikdə ilk ağla gələn meyvə olan portağallar, ümumiyyətlə düşünüldüyü kimi siyahının başında deyil. Qiymətləndirmələr göstərir ki, bəzi tərəvəzlər portağaldan dəfələrlə çox C vitamini ehtiva edir və immuniteti daha güclü şəkildə dəstəkləyir.
Temperatur düşdükcə qrip və oxşar infeksiyalar artır və bu da immunitet sistemini dəstəkləyən balanslı qidalanmanı böyük əhəmiyyətə çevirir. Xüsusilə C vitamini ilə zəngin qidaların müntəzəm istehlakı bədənin xəstəliklərə qarşı müqavimətini artırmağa kömək edir.
ABŞ və Kanadada aparılan tədqiqatlara görə, 0-6 aylıq uşaqlar üçün tövsiyə olunan gündəlik C vitamini miqdarı 40 mq, 1-3 yaşlı uşaqlar üçün 15 mq, 4-8 yaşlı uşaqlar üçün 25 mq və 7-12 yaşlı uşaqlar üçün 50 mq-dır. Yetkin qadınlar üçün bu, 75 mq, yetkin kişilər üçün 90 mq, hamilə və əmizdirən analar üçün isə 85-120 mq arasında dəyişir.
Bildirilib ki, cəfəri C vitamini tərkibinə görə birinci yerdədir. Onun tərkibində 200 mq C vitamini var. 170-180 milliqramla brokoli ikinci sırada gəlir. Qırmızı və yaşıl bibərlər də bol miqdarda C vitamini ehtiva edir. Sitrus meyvələri hər 100 qramda 80 milliqrama qədər C vitamini ehtiva edir. Buna görə də meyvədən çox tərəvəzə üstünlük verin. Çalışın eyni zamanda şüyüddən də istifadə edin.