AZ

Bölgələrdən gələn bu şəxslər Bakını tərk edəcək

Son illər rayonlardan Bakıya axın olması cəmiyyətdə ciddi sosial-iqtisadi problemlər yaradıb. Paytaxtda əhali sıxlığının artması, bölgələrdə isə iş yerlərinin məhdudluğu bu prosesi daha da sürətləndirib. Prezidentin yerli telekanallara müsahibəsində regionlarda yeni iş yerlərinin yaradılması, xüsusilə Xankəndi və Ağdamda məşğulluğun artırılması məsələsinə toxunması mövzunu yenidən gündəmə gətirib.

Bəs rayonlardan Bakıya axının qarşısını almaq üçün hansı addımlar atılır? Bu problemin həlli üçün kompleks yanaşma necə qurulmalıdır?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Allahverənov bu məsələnin hazırda olduqca aktual olmasından danışıb:

“Şübhəsiz ki, urbanizasiya müəyyən problemlər yaradır. Çünki regionların sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biri yerli əmək ehtiyatlarının mövcudluğudur. Əhalinin kütləvi şəkildə iri şəhərlərə axını baş verdikdə bölgələrdə sənaye müəssisələrinin yaradılması, istehsalat proseslərinin qurulması və kənd təsərrüfatının inkişafı ciddi çətinliklərlə üzləşir. Bu sahələrin hər biri bilavasitə kifayət qədər əmək qüvvəsinin cəlb olunmasını tələb edir və əmək resursları olmadan genişmiqyaslı istehsalın təşkili mümkün deyil”.

Millət vəkili bildirib ki, urbanizasiya prosesi Azərbaycanda sovet dövründən formalaşmağa başlayıb:

Seçilən
6
2
publika.az

4Mənbələr