“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Piramids”lə (Misir) üz-üzə gələcək.
“Məhəmməd bin Zayed” stadionunda keçiriləcək görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək
Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.