AZ

"Neftçi" "Piramids"lə üz-üzə gələcək

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirəcək.

"İki sahil"in məlumatına görə, "ağ-qaralar" bu gün Misir təmsilçisi "Piramids"lə üz-üzə gələcək.

Qarşılaşma "Məhəmməd bin Zayed" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.

Seçilən
35
4
ikisahil.az

10Mənbələr