AZ

“Azərbaycan şərəfdir, Pəhləvi bişərəftdir!” şüarının arxasındaki əsl həqiqət  

Bu əslində bir əsrlik tarixi qarşıdurmanın, yaddaşın və siyasi mövqenin ifadəsidir. “Azərbaycan şərəfdir, Pəhləvi bişərəftdir!”–böyük bir xalqın öz tarix və mədəniyyətinin qatili hesab etdiyi rejimə oxuduğu hökmdür. Burada qarşı-qarşıya duran məsələlər bunlardır:
– Azərbaycan–dövlətçilik ənənəsi, türk kimliyi, siyasi iradə, tarixi legitimlik.
– Pəhləvi deyəndə zorla qurulmuş rejim, assimilyasiya siyasəti, kollektiv cəza və milli yaddaşın məhvi yada düşür.

Bu baxımdan səslənən şüarın cavabı tarix tərəfindən çoxdan verilib. 1925-ci ildə baş verən hadisə “İranda hakimiyyət dəyişikliyi” deyildi, o zamanki Türk – Azərbaycan dövlətçiliyinə (Qacar) qarşı xarici qüvvələrən neft maraqları üzərində qurulmuş dövlət çevrilişi idi. Bu çevrilişin hərəkətverici qüvvəsi də məhz, Pəhləvilər idilər.

Bu eyni zamanda

Qacar-Türk-Azərbaycan dövlət ənənəsinin qırılması,türklərin və xüsusən azərbaycanlıların siyasi hakimiyyətdən sistemli şəkildə kənarlaşdırılması,
yeni qurulan Pəhləvi rejiminin etnik fars mərkəzli dövlət modeli üzərində inşa olunması idi. Bundan başqa tarixdən sonra Azərbaycan dili dövlət və təhsil sistemindən çıxarıldı, mlli elitalar ya məhv edildi, ya da susduruldu, Türk tarix təhrif edilərək yenidən fars tarixi kimi yazıldı, kimlik axtarışı digər xalqlara, əsasən də Azərbaycan türklərinə qadağan edilərək “təhlükə” elan edildi. Bu, klassik mənada dövlət zorakılığına əsaslanan kolonial idarəetmə idi.
Səttarxan–Xiyabani–Pişəvəri və bundan sonra davam edən milli müqavimət xəttinin qanla susdurlması da Pəvləvi adı assosiasiya olunur.

Azərbaycanlılar bu rejimi (Pəhləvi) heç vaxt legitim qəbul etmədi. Tarix bunu açıq göstərir.

Səttarxan və Bağırxan – silahlı və mənəvi müqavimətin simvoluna çevrildi.
Şeyx Məhəmməd Xiyabani milli suverenlik ideyasını açıq dillə ifadə etdi.
1945–46 Pişəvəri Milli Hökuməti – artıq dövlət quruculuğu mərhələsi idi.
Burada xüsusi olaraq vurğulanmalı məqam var: Pişəvəri hökumətini dağıdan , xalqımızı soyqırıma məruz qoyan, torpaqlarımızı işğal edən şəxs – Məhəmməd Rza Pəhləvi idi.

Yəni bu, abstrakt “keçmiş səhvlər” deyil.

Bu, bir ailənin və bir siyasi xəttin konkret cinayətlər silsiləsidir. Kütləvi repressiyalar, Azərbaycan dilində olan kitabların yandırılması, Azərbaycan dilində olan məktəblərin bağlanması, minlərlə insanın qətlə yetirilməsi və sürgünü məhz bu ailənin törətdiyi cinayətlərdəndir. Bunlar unudula bilməz, “romantik monarxiya” nağılları ilə ört-basdır edilə bilməz.

Bu gününü reallıq budur: Pəhləvi varisi niyə Azərbaycan üçün qəbul olunmazdır? Rza Pəhləvinin İrana “alternativ lider” kimi təqdim edilməsi Azərbaycanlılar üçün tarixi təhqirdir. Çünki O, atasının və babasının siyasətini rədd etməyib, Azərbaycanla bağlı açıq üzrxahlıq və siyasi məsuliyyət göstərməyib, yenə də “vahid İran milləti” diskursu ilə çıxış edir. Azərbaycanlıların bugünkü mübarizəsi isə monarxiya, rejim dəyişikliyi uğrunda yox, milli kimlik, ana dili və öz müqəddəratını təyin etmək uğrundadır. Bu iki xətt bir-birinə tam ziddir. Qarşıdaki yeni mərhələ lider axtarışı yox, dövlət şüuru dövrüdür. Məsələnin də ən mühüm hissəsi budur:
“Güney Azərbaycana ayrıca lider lazımdırmı?”

Tarixi reallıq onu göstərir ki, bu cür situasiyalarda lider axtarışı zəif toplumların refleksidir, dövlətə yönəlmək isə yetkin millətlərin seçimidir. Bu gün müstəqil Azərbaycan dövləti var, və bu dövlət regional gücə çevrilib, 50 milyonluq xalqımızın istinad nöqtəsidir. Türkiyə və türk Dünyası real siyasi platformaya dönüb. Bu şəraitdə Güney Azərbaycanda yeni “şah”, yeni “xilaskar”, xaricdən gətirilən simalar axtarmaq strateji səhvdir. Doğru yol isə üzü dövlətə çevirmək, milli mübarizəni institusional düşüncə ilə aparmaq, türk dünyası ilə vahid siyasi şüur yaratmaqdır. Yəni, Azərbaycan şərəfdir, çünki o, zora boyun ətməyib, müqavimətlə yaşayıb, unutmayıb və bağışlamayıb da. Amma kinlə də idarə olunmayıb, özünü başqasının taxtında yox, öz dövlətində görmək istəyib. Pəhləvilik isə şərəf deyil, o – tarixi travmadır. Və tarix göstərir ki, travmalar üzərində gələcək qurulmur.

Sayman Aruz

Seçilən
126
1
moderator.az

2Mənbələr