AZ

ABŞ Rusiya, Çin və digər kreditorları Venesueladan qovacaq

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ nəzarətə götürdüyü Venesueladan Rusiya, Çin və digər kreditorları kənarlaşdırmağa hazırlaşır.

Reyting.az "Bloomberg" agentliyinə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp Venesuela neftinin satışlarına tam nəzarəti gücləndirən fərman imzalayıb. Fərman Venesuelanın neft gəlirlərinə Rusiya, Çin və digər kreditorların iddialarını bloklayır.

Sənəddə qeyd olunur ki, neftin satışından əldə edilən vəsait (ABŞ nəzarətində olsa belə) Venesuelanın suveren mülkiyyətidir və qətiyyən üçüncü tərəflərin iddialarına məruz qalmır. Bu vəsaitlərə dair xarici iddialar ABŞ-nın məqsədlərini təhlükə altında qoya, "zərərli subyektlərin mövqelərini gücləndirə" bilər.

Nəşr vurğulayıb ki, nəticə etibarilə yeni fərman ABŞ-nın nəzarət etdiyi Venesuelanın Rusiyaya, Çinə, həmçinin digər kreditorlara borcları qaytarması ehtimalını tamamilə sıfıra endirir.

Onu da qeyd edək ki, qiymətləndirmələrə görə, Rusiyanın "Rosneft" şirkəti, həmçinin digər ölkələrin neft şirkətlərinin Venesueladakı itkiləri 11-17 milyard dollar arasındadır. Dəqiq statistika əldə edilməsə də, Çinin itkilərinin daha çox olduğu bildirilir.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
reyting.az

10Mənbələr