AZ

ABŞ tarixi missiyanı ləğv etdi

Mars tədqiqatlarının zirvəsi hesab edilən planetdən nümunələrin gətirilməsi missiyası bürokratik maneələr səbəbindən ləğv edilib.Metbuat.az xəbər verir ki, bu missiya Marsda qədim həyatın izlərinin olub-olmadığını qəti şəkildə ortaya qoya bilərdi. Bildirilir ki, ABŞ Konqresinin büdcə kəsirləri NASA-nın ən iddialı layihələrindən birinə son qoyub. Məlumata görə, missiyanın ləğvində ən böyük amil onun böyük maddi dəyəri və texniki mürəkkəbliyi olub. Əvvəlcə 11 milyard dollar başa gələcəyi deyilən layihənin qiyməti sonra 7 milyard dollar endirilib, lakin Konqres bu rəqəmləri çox yüksək hesab edib.

Qeyd edək ki, NASA-nın qərarından sonra diqqətlər Marsdan nümunə gətirən ilk ölkə olmaq yarışında Çinə yönəlib. Çinin də oxşar missiya planı var.

Seçilən
29
50
metbuat.az

10Mənbələr