AZ

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.

Saat 17:00-da "Naxçıvan" - "Quba", 20:00-da "Neftçi" - "Lənkəran" qarşılaşmaları təşkil olunacaq.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Yanvarın 14-də "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.

Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti raundda "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

ABL: “Sabah” və “Neftçi”dən qələbə

ABL: "Sabah"dan qələbə

"Sumqayıt" NTD-nin basketbolçusunu transfer edib

ABL: Daha 2 qarşılaşma baş tutacaq

ABL: “Naxçıvan” “Sumqayıt”ı məğlub edib

Seçilən
84
9
apasport.az

10Mənbələr