AZ

Azərbaycan Kuboku bu gün 2 oyunla start götürür

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm başlayır.

Fanat.Az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.

Əvvəlcə "Naxçıvan" "Quba"nı sınağa çəkəcək. Görüş saat 17:00-da start götürəcək. 20:00-da isə "Neftçi" ilə "Lənkəran" üz-üzə gələcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. 

Yanvarın 14-də "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.

Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti mərhələdə "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. 

Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
9
fanat.az

10Mənbələr