İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır. APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında deyib.
“Azərbaycan bizim üçün birinci neft, ikinci isə qaz təchizatçısı kimi özünü göstərir. Enerji məsələsi əlaqələrimizdə çox mühüm yer tutur. Biz həm də özümüzü xalq olaraq mədəni sahədə də Azərbaycana yaxın bilirik”,- Çirielli qeyd edib.
Nazir müavini deyib ki, İtaliya Azərbaycanın öz enerji mənbələrini diversifikasiyası ilə bağlı səylərini dəstəkləyir. O əlavə edib ki, ölkəsi Azərbaycana bu sahədə müəyyən məsləhətlər verməyə hazırdır.
Çirielli Azərbaycanın COP29 beynəlxalq konfransına da yüksək səviyyədə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.