AZ

Rəsmi Roma: "İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır"

İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır.

"Cebheinfo.az" xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında deyib.

“Azərbaycan bizim üçün özünü ilk növbədə neft-qaz təchizatçısı kimi özünü göstərir. Enerji məsələsi əlaqələrimizdə çox mühüm yer tutur. Biz həm də özümüzü mədəni sahədə də xalq olaraq Azərbaycana yaxın bilirik”, - Çirielli qeyd edib.

Nazir müavini deyib ki, İtaliya Azərbaycanın enerji mənbələrini diversifikasiyası ilə bağlı səylərini dəstəkləyir. O əlavə edib ki, ölkəsi Azərbaycana bu sahədə müəyyən məsləhətlər verməyə hazırdır.

Çirielli Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

"Cebheinfo.az"

Seçilən
38
3
cebheinfo.az

4Mənbələr