AZ

Abbas Əraqçi: “İran ABŞ ilə danışıqlara hazırdır”

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibəyə tam hazır olduğunu, lakin eyni zamanda ABŞ ilə danışıqların da mümkünlüyünü bəyan edib.

Vətəninfo.az xəbər verir ki, Tehranda xarici ölkələrin səfirlərinə müraciət edən Əraqçi İranın müharibə tərəfdarı olmadığını, lakin özünümüdafiəyə hər an hazır olduğunu vurğulayıb.

“İran İslam Respublikası müharibə istəmir, lakin ona tam hazırdır. Biz danışıqlara da açığıq, lakin bu müzakirələr ədalət, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır”,-deyə Abbas Əraqçi qeyd edib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı mümkün hərbi müdaxilə barədə xəbərdarlığından sonra verilib. Donald Tramp administrasiyasının İrandakı vəziyyəti yaxından izlədiyini və etirazlarda ölənlərin sayının artması fonunda “çox güclü variantları” nəzərdən keçirdiyini bildirib.

Jurnalistlərə açıqlama verən Donald Tramp deyib: “Ordu vəziyyəti təhlil edir və biz kəskin addımları müzakirə edirik. Qərarımızı yaxın zamanda verəcəyik”.

Prezident həmçinin İranla bağlı hər saat məlumat aldığını qeyd etsə də, ABŞ-ın nə vaxt və hansı formada hərəkət edəcəyi barədə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, İranda pisləşən iqtisadi vəziyyət səbəbindən dekabrın sonundan bəri genişmiqyaslı etiraz aksiyaları davam edir. ABŞ-da fəaliyyət göstərən HRANA insan hüquqları təşkilatının məlumatına görə, hadisələr zamanı 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşı həyatını itirib, 10.600-dən çox insan isə həbs olunub. Ölənlərin sayı ilə bağlı hələlik rəsmi Tehran tərəfindən dəqiq açıqlama verilməyib.

Seçilən
37
46
veteninfo.az

10Mənbələr