AZ

ABŞ İranda ölən etirazçıların sayını açıqladı

İranda baş verən etiraz aksiyaları zamanı 12 000-dən çox insanın həlak ola biləcəyi bildirilir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "CBS News" telekanalı mənbələrə və fəallara istinadla məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin sayı ən azı 12 000, bəzi qiymətləndirmələrə görə isə 20 000-ə qədər çata bilər.

Jurnalistlərin məlumatına görə, bu rəqəmlər ölkə üzrə həkimlərdən məlumat toplayan fəalların verdiyi informasiyalara əsaslanır. Bununla yanaşı, telekanal vurğulayıb ki, rabitə məhdudiyyətləri fonunda real itkilərin sayını dəqiq müəyyənləşdirmək və təsdiqləmək çətindir.

Seçilən
69
46
publika.az

10Mənbələr