AZ

Ermənistan Bakı ilə silahlanma yarışına girmək niyyətində olmadıqlarını bildirib

Ermənistan heç kəslə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

    Nazirin sözlərinə görə, bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiyanı dayandırır.

    O qeyd edib ki, planlar mövcuddur, hər hansı bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə olunmalı deyil, hər şey proqnozlaşdırıldığı kimi davam edir.

    Seçilən
    112
    5
    bakivaxti.az

    6Mənbələr