AZ

Ermənistan müdafiə naziri Bakı ilə silahlanma yarışına girmək niyyətində olmadıqlarını bildirib

Ermənistan heç kəslə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır.

 

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazirin sözlərinə görə, bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiyanı dayandırır.

 

O qeyd edib ki, planlar mövcuddur, hər hansı bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə olunmalı deyil, hər şey proqnozlaşdırıldığı kimi davam edir.

Seçilən
68
5
herbiand.az

6Mənbələr