AZ

Unibankın aktivləri 2 milyard manatı keçib

Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22%, sayı isə 29 % artıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 15 milyard manatı, sayı isə 465 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cü ilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqi şəxslərin sayı isə 14 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 377 milyon manatı ötüb.

Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub, xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.

Seçilən
25
8
publika.az

10Mənbələr