AZ

Unibankın aktivləri 2 milyard manatı keçib

Bakı. Trend:

Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə nəticələriniaçıqlayıb. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatınatöhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi,rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühümnəticələr əldə edib.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayındayüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədənağdsız əməliyyatların həcmi 22%, sayı isə 29 % artıb. İlin sonunanağdsız əməliyyatların həcmi 15 milyard manatı, sayı isə 465milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 %artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cüilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqişəxslərin sayı isə 14 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib vəümumi depozit portfelinin həcmi 1 milyard 377 milyon manatıötüb.

Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manataçatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 milyon manatartım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub,xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb.Məcmu kapital 30 % artaraq, 230 milyon manata çatıb, aktivlərinhəcmi isə 373 milyon manat artaraq 2,1 milyard manatı ötüb.

İl ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib.Bu göstərici 31 dekabr 2025-ci il tarixə 14,14 % təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsinimüvəqqəti icra edən Heybət Qədirov bildirib ki, 2025-ci il banküçün əhəmiyyətli və strateji baxımdan xüsusi bir il olub:Bottom of Form

Əldə etdiyimiz maliyyə nəticələri doğru istiqamətdəirəlilədiyimizi aydın şəkildə göstərir. Ötən il bizim üçün yalnızuğurlu göstəricilərlə deyil, eyni zamanda bir strateji dövrün yekunhesabat ili kimi yadda qaldı.

2026-cı il isə bankımız üçün yeni və daha iddialıbir mərhələnin başlanğıcı olacaq. Bu il, qəbul etdiyimiz yeni 3illik strategiyanın ilk ilidir və qarşımıza daha böyük hədəflərqoymuşuq. Bu dövrdə bank bazarında yeniliklərə imza atmaq,müştərilərimiz üçün daha çevik, daha müasir məhsul və xidmətlərtəqdim etmək, həmçinin bankçılığa yanaşmamızı müasir tələblərəuyğun şəkildə yeniləmək əsas prioritetlərimizolacaq.

Biz inanırıq ki, güclü və stabil maliyyə bazası,aydın strategiya və müştəriyönümlü yanaşma 2026-cı ili bankımızüçün yeni inkişaf imkanları ilə zəngin bir iledəcək.”

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq bizneskreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kreditportfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilinmüvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 27%-dən çoxartaraq, 555 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibindəkiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub.2024-cü ilin sonu ilə müqayisədə bu kreditlərin portfeldəki payında53 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelindəəvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 150milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatıötüb.

Unibank – Sənin Bankın!

Məqalədə:
Seçilən
47
9
az.trend.az

10Mənbələr