“Formula 1” pilotu HƏBS EDİLİB
Ajans.az xəbər verir ki, bu barədə Formula Passion portalı məlumat yayıb. Məlumata görə, Pizzoniya hücum ittihamı ilə həbs olunub. Hadisə onun oğlunun iştirak etdiyi kartinq yarışından sonra baş verib. Belə ki, Pizzoniya ilə başqa bir iştirakçının atası arasında mübahisə yaranıb və bu, fiziki qarşıdurmaya çevrilib. Keçmiş pilot daha sonra girov müqabilində azadlığa buraxılıb. Hadisə ilə bağlı araşdırma davam edir.