AZ

23 dollarlıq soyğuna görə həbs edilən tanınmış oyunçunun aqibəti necə oldu?

Keçmiş NBA oyunçusu Delonte Uest girov qarşılığında həbsdən azad edilib və ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu, onun ötən ay ABŞ-ın Virciniya ştatında soyğunçuluq ittihamı ilə həbs olunmasından sonra baş verib. Bu barədə “TMZ Sports” məlumat yayıb.

Polis Riçmond şosesində, Bel-Heyven ərazisində baş verən hücumla bağlı çağırış alıb. Zərərçəkən onun soyulduğunu bildirib və yolun qarşı tərəfində olan bir kişini göstərib. Həmin şəxs 42 yaşlı Delonte Uest olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş basketbolçu zərərçəkəndən təxminən 23 dollar alıb. O, müqavimət göstərmədən saxlanılıb və 1000 dollar məbləğində girov təyin edilib.

Uestin vəkili Brendon Sloan təsdiqləyib ki, hazırda Delonte müalicə mərkəzindədir.

“Delonte ilə qürur duyuram, çünki o, bu prosesi kömək almaq üçün istifadə etdi. Hamımız onun gələcək irəliləyişinə ümid edirik”, – deyə hüquqşünas bildirib və əlavə edib ki, işin detalları ilk baxışdan göründüyündən daha mürəkkəbdir.

Seçilən
105
50
publika.az

10Mənbələr