AZ

Mate Abuladze “Kəpəz”də! – ARENA.AZ

Gürcüstanın “Samqurali” klubunun mərkəz müdafiəçisi Mate Abuladze bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 1,5 illik (2027-ci ilin sonunadək) müqavilə imzalanıb.

Qeyd edək ki, Mate Abuladze 2025/2026-cı illər mövsümünün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. O, 2024-cü ilin yayından şərəfini qoruduğu bu komandanın heyətində 49 oyun keçirib, 2 qola imza atıb.

Abuladze karyerası ərzində “Torpedo” (Kutaisi) və “Samtrediya” klublarının da şərəfini qoruyub.

Mate Gürcüstanın U-21 yığmasının heyətində 2 oyun keçirsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə Katsper Rosa və Pedro Qomeslə yollarını ayırıb, “Turan Tovuz”dan ayrılmış Veysəl Rzayevi heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
8
arena.az

10Mənbələr