Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 9-cu turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəliblər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qalib tay-brekdə müəyyənləşib. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Neftçi” 7 qələbə və 20 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xilasedici” komandası isə 5 qələbə və 16 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, turun açılış matçında “Azərreyl” “Ordu”ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə uduzmuşdu. Turun daha bir qarşılaşması sabah “Gənclər” və “Murov” komandaları arasında keçiriləcək.
Yüksək Liqa
9-cu tur
13 yanvar
“Xilasedici” – “Neftçi” 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17)
