AZ

"Neftçi" Misir klubu ilə heç-heçəyə razılaşdı

style='margin-bottom:10px;'>

“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Piramids”lə (Misir) üz-üzə gəlib.

“Məhəmməd bin Zayed” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

"Pramids" hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. "Neftçi" isə 16 turdan sonra 20 xalla 8-cidir.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Seçilən
59
3
teleqraf.com

10Mənbələr