AZ

“Neftçi” Misir klubu ilə heç-heçə etdi

“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Piramids”lə (Misir) üz-üzə gəlib.

“Məhəmməd bin Zayed” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Neftçi”nin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

“Pramids” hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. “Neftçi” isə 16 turdan sonra 20 xalla 8-cidir.

Seçilən
29
1
idmanxeber.az

10Mənbələr