"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola vingerin zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Braziliyalı futbolçu yanvarın 1-də premyer-liqada “Sanderlend”ə qarşı keçirilən oyunda zədələnərək əvəzlənmişdi. Onun nə qədər müddətdə heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola belə deyib:
“Uzun müddət. Dəqiq bilmirəm. Təxminən ayyarım, iki ay. O, geri qayıdacaq”.
Savinyo bu mövsüm premyer-liqada keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə verib.