AZ

Azərbaycan Respublikasının Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor köməkçisi təyin edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinə direktor köməkçisi təyin edilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq vəzifəyə Rüfət Qarazadə təyin olunub.

Qeyd edək ki, Rüfət Qarazadə hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini vəzifəsini icra edir.

***

17:36

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.

APA xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub.

Səbinə Bağırova faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

Seçilən
59
1
apa.az

9Mənbələr