Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə direktor köməkçisi təyin edilib.
Bu barədə Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq vəzifəyə Rüfət Qarazadə təyin olunub.
Qeyd edək ki, Rüfət Qarazadə hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini vəzifəsini icra edir.
***
Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifəyə Səbinə Bağırova təyin olunub.
Səbinə Bağırova faktı təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.