AZ

Qeyri neft ixracı 3,6 milyard dollar!

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, il ərzində yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara çatıb. Hesabat dövründə ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2 faiz, pambıq iplik 19,3 faiz, kimya sənayesi məhsulları 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 2 faiz artıb.

Qurumun məlumatına əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə, il ərzində aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
16
xalqqazeti.az

10Mənbələr