AZ

ADY: Hava şəraiti ilə əlaqədar qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər VİDEO

Bakı, 14 yanvar, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

"Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər. Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - deyə qurumun yaydığı məlumatda bildirilir.

Seçilən
45
22
azertag.az

10Mənbələr