ADY-dən Aktual.az-a verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.
Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.
Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.