AZ

ABŞ İranla müharibəyə hazır deyil – “Politico”

ABŞ hazırda İran yaxınlığında hərbi əməliyyat keçirmək üçün lazımi imkanlara malik deyil.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşr qeyd edib: “Tramp iddia edir ki, İrana qarşı bir çox hərbi variantı var. Əslində, bu, doğru deyil. Seçimlər hətta bir il əvvəlkindən daha məhduddur”.

Əvvəllər prezidentin bölgədəki sərəncamında olan Amerika qoşunları və gəmiləri Qəraib dənizinə köçürülüb. Ötən il Yaxın Şərqə göndərilən raketdən müdafiə sistemləri Cənubi Koreyaya qaytarılıb.

Məqalədə qeyd olunur ki, ABŞ administrasiyasının rəsmiləri özləri əsas hərbi aktivləri yenidən yerləşdirmək planlarının olmadığını bildirirlər.

İran silahlarının əhatə dairəsində ABŞ qoşunlarını qoruyan hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı xüsusilə aktual məsələdir. Əgər administrasiya zərbə endirərsə və iranlılar cavab verərsə, ABŞ-nin Tehranın raketlərindən Amerika qoşunlarını qorumaq üçün çox az tutucusu olacaq. Pentaqonun Qətərdəki Əl-Udeyd hava bazasında 10.000 əsgəri, İraq, Suriya və İordaniyada isə daha kiçik kontingenti var.

Prezident hələ də İran rəhbərliyinə və ya hərbi obyektlərinə hava hücumları əmri verə bilər. Lakin onun seçimləri ABŞ-ın İranın nüvə obyektlərinə hücum etdiyi iyun ayında olduğundan daha məhduddur. Politico qeyd edir ki, Tramp həmçinin Venesuela lideri Nikolas Maduronun həbsini əmr etdikdən cəmi bir həftə sonra belə bir hücumun ABŞ-ni regionda başqa bir müharibəyə sürükləyib-sürükləməyəcəyini düşünən qanunvericilərlə də mübarizə aparmalıdır. (yeni sabah)

Seçilən
63
50
konkret.az

10Mənbələr