“Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana Türkiyə Super Liqasına transfer oluna bilər.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu “Qalatasaray”ın maraq dairəsindədir. Fransalı yarımmüdafiəçinin “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Fofana cari mövsümdə İtaliya klubunun heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray”ın transferlə bağlı yay və ya qış pəncərəsində rəsmi addım atıb-atmayacağı yaxın günlərdə məlum olacaq.